skip to Main Content

İstanbulda birinci Əl-Baraka sammiti keçirilir

İstanbulda Birinci Əl-Baraka Sammiti Keçirilir

Türkiyənin İstanbul şəhərində “İslam iqtisadiyyatının qlobal perspektivləri: Əsaslar və Ehtiyaclar” mövzusunda İslam Ticarət və İnkişaf Palatasının təşkilatçılığı, Türkiyə dövlətinin dəstəyilə birinci Əl-Baraka sammiti keçirilir.
Tədbirin açılış mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.
Forumun Baş katibi Yusif Xələvi çıxış edərək bildirib ki, forumun ilk günündə səsləndirilən ideyalar ənənəvi islam iqtisadiyyatı paradiqmasından bir qədər kənarlaşır və müvafiq həll yollarını təmin etmək əsas məsələlərdəndir.
İslam iqtisadiyyatının qlobal iqtisadiyyatdakı roluna diqqət çəkən Baş katib əsas problemlər üzrə ekspremental həllərin təmin edilməsini önə çəkib.
Tədbir tematik mövzular ətrafında bir neçə paneldə İslam dünyasının elm adamları, ekspertlər və iş adamlarının çıxışları ilə davam edir.
Tədbirdə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

Back To Top