skip to Main Content

Azərbaycan Sahibkarlar Konfederasiyası “Rəqəmsal iqtisadiyyatda investisiya forumu”nda iştirak edir

Azərbaycan Sahibkarlar Konfederasiyası “Rəqəmsal Iqtisadiyyatda Investisiya Forumu”nda Iştirak Edir

Mayın 26-da İordaniyanın paytaxtı Əmman şəhərində İslam Ticarət və İnkişaf Palatasının təşkilatçılığı ilə illik əsasda keçirilən “Rəqəmsal iqtisadiyyatda investisiya forumu” öz işinə başlayıb. İki gün davam edəcək forumda iqtisadiyyatın rəqəmsallaşması və bu sahədə dünyadakı trendlər müzakirə edilir.

Panellərdə “Rəqəmsal iqtisadiyyata investisiyaların stimullaşdırılmasında hökumətlərin rolu”, “Rəqəmsal iqtisadiyyatın inkişafında Ticarət Palatalarının və Biznes İnstitutlarının rolu”, “E-ticarət”, “Üzv ölkələr üçün investisiya imkanları təqdimatları” mövzuları müzakirə ediləcək.

Tədbirdə ölkəmizi Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndə heyəti təmsil edir.

Back To Top