İordaniya Ticarət və Sənaye Palatası ilə görüş keçirildi
İordaniyaya keçirilən “Rəqəmsal iqtisadiyyatda investisiya forumu” çərçivəsində İordaniya Ticarət və Sənaye Palatasının sədri Xalil Elhaj Tavfiqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndə heyəti arasında görüş keçirilib.
Görüşdə Azərbaycanın gələcək illərdə forumda daha geniş heyətlə, xüsusilə iqtisadiyyatın rəqəmsallaşmasına maraq göstərən sahibkarlarla təmsil olunması perspektivi vurğulanıb.
Forumun təşkilatçısı olan İslam Ticarət və Sənaye Palatasının bu fəaliyyəti təqdir edilib və Azerbaycanda da bu nümunədə “Dayanıqlı kənd təsərrüfatı forumu”nun keçirilməsinin razılaşdırıldığı qeyd olunub. İordaniya Ticarət və Sənaye Palatası, Azərbaycanda baş tutacaq bu foruma indidən maraq göstərən yerli şirkətlərin olduğunu bildirib.
O cümlədən, ölkələrimiz arasında turizm potensialı, tikinti və əczaçılıq sahəsində muvafiq əməkdaşlıq imkanlarının mövcudluğu vurğulanıb və bu istiqamətdə qarşılıqlı biznes səfərlərinin həyata keçirilməsi barədə razılıq əldə edilib. Qərara alınıb ki, hər iki biznes təşkilatı əməkdaşlığa dair memorandum imzalasınlar.
Görüşdə həmçinin Azərbaycanda keçiriləcək mötəbər COP-29 tədbiri ilə bağlı İordaniyanın biznes nümayəndələrinə geniş məlumat verilib.