Konfederasiya mövqe sənədlərinin hazırlanmasında iştirak edəcək
Beynəlxalq Əmək Təşkilatının (BƏT) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə “29 İqlim Söhbəti: COP29-a gedən yol” silsiləsi çərçivəsində “Azərbaycan Respublikasında ətraf mühitin dayanıqlığına doğru genderə həssas ədalətli keçidin təşviqi” mövzusunda keçirilən ikigünlük seminar başa çatıb.
Tədbirin ikinci günündə hökumət rəsmiləri, beynəlxalq qurumların, sahibkarlar və həmkarlar təşkilatlarının nümayəndələri, yerli və beynəlxalq ekspertlər konkret təşəbbüslərlə iştirak ediblər.
Seminarda çıxış edən Azərbycan Sahibkarlar Konfederasiyası prezidentinin müşaviri Ziya Hacılı bildirib ki, peşə təhsilin və peşə hazırlığının inkişafı istiqamətində dövlət-özəl əməkdaşlığı mühüm əhəmiyyət daşıyır. O, COP-29-da özəl sektorun iştirakı, yaşıl iqtisadiyyata keçid ilə bağlı mövqe sənədinin hazırlanmasında Konfederasyanın fəal iştirak edəcəyini vurğulayıb.
Eyni zamanda gender bərabərliyinin, iqlim siyasətinin biznesə inteqrasiyasında effektivliyi artırmaq üçün sosial-dialoqun önəmini vurğulayıb.