Sumqayıt şəhərində Latviya-Azərbaycan biznes-forumu keçirilib
Sumqayıt şəhərində Latviya-Azərbaycan biznes-forumu keçirilib. Forum Azərbaycan Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin üzvü və Sumqayıt şəhər nümayəndəsi Şahin Məmmədovun, “Qartal” şirkətinin təşkilatçılığı ilə keçirilib.
Görüşdə Latviyanın ölkəmizdəki səfiri Edgars Skuja, Sumqayıt şəhər icra hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, Konfederasiyanın vitse-prezidenti Vüqar Zeynalov, YAP-ın Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov və sahibkarlar iştirak ediblər.
Görüşü açan Şahin Məmmədov qonaqları salamlayaraq, biznes forumda sahibkarların əlaqə qurması üçün yaradılan imkanlar barədə məlumat verib.
T.Səmədov bildirib ki. Sumqayıtda sahibkarlıq inkişaf edir və regionun ikinci sənaye şəhəri kimi öz nüfuzunu qoruyub saxlayır.
Səfir Edgars Skuja Latviya ilə Azərbaycan arasında dərin tarixi əlaqələrin olduğunu qeyd edib. Latviyadan gələn biznes nümayəndələrindən forumda aktiv iştirak etməyi, əməkdaşlığın qurulması üçün fürsətdən yararlanmağı təklif edib.
V.Zeynalov dünyada işəgötürənlərlə işçilər arasında ilk kollektiv sazişin 120 il əvvəl Bakıda imzalandığını vurğulayaraq, Konfederasiyanın Azərbaycanda biznes mühitini yaxşılaşdırmaq, dövlət-özəl dialoqunu həyata keçirmək üçün müvafiq funksiyaları həyata keçirdiyini bildirib.
R.Hüseynov YAP-ın tarixi və partiyanın iqtisadiyyatla bağlı hədəfləri barədə məlumat verib.
Sonra şirkətlərin təqdimatları dinlənilib və “Vəliyev” şirkətinə tur təşkil müəssisələrdən birinə tur təşkil edilib.
Forumun videosujetini aşağıdan izləyə bilərsiniz.