skip to Main Content

Azərbaycan Sahibkarlar Konfederasiyasının İnnovasiyalar və Rəqəmsal Texnologiyalar Komissiyasının iclası keçirilib

Azərbaycan Sahibkarlar Konfederasiyasının İnnovasiyalar Və Rəqəmsal Texnologiyalar Komissiyasının Iclası Keçirilib

Yanvarın 28-də Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) tərkibində fəaliyyət göstərən İnnovasiyalar və Rəqəmsal Texnologiyalar üzrə Komissiyasının iclası keçirilib.

Bu sahədə böyük təcrübəyə malik mütəxəssis Elçin Əliyevin sədr olduğu komissiya 2021-ci il üçün fəaliyyət hədəflərini açıqlayıb.

İclası açan E.Əliyev bildirib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə Rəşad Nəbiyevin təyin edilməsi bu sahədə qarşıya yeni prioritetlərin qoyulduğunu göstərir. “Cənab prezident nazirlə olan onlayn görüşdə bildirdi ki, azad edilmiş ərazilərdə qurulacaq şəhərlər və kəndlər “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyasına əsaslanmalıdır. Təhsildə kadr potensialının gücləndirilməsinə və s. məsələlərə diqqət artırılmalıdır”.

E.Əliyev bu vəzifələrdən irəli gələrək Komissiyanın qarşısına qoyduğu hədəflər barədə məlumat verib. Hədəflərə əsasən, işğaldan azad edilmiş ərazilərdə texnologiyaların, alternativ enerji texnologiyalarının tətbiqi, dövlət-özəl tərəfdaşlığı, Azərbaycanın texnologiya istehsalçısı kimi öz imicini gücləndirilməsi, innovasiyaların təhsilə daha yaxın olması, yeni peşələrin hazırlanması, startaplara Azərbaycanda fəaliyyət üçün şəraitin daha da əlverişli vəziyyətə yüksəldilməsi, dördüncü sənaye inqilabı ilə bağlı proseslərin ölkəmizdə reallaşdırılması, İT şirkətlərin ixrac potensialını artırmaq, hərbi sahədə texnologiyalara xüsusi diqqət yetirilməsi, süni intellektin inkişafı,  diqqət mərkəzində olacaq.

Bununla bağlı Komissiyanın işçi qruplarının da fəaliyyət istiqamətləri müəyyən edilib. Müzakirələrdə Komissiya üzvləri Qaçay Mirzəyev, İlham Namazov, Rauf Həsənov, Ceyhun Mollazadə, Rüfət Hacıəlibəyov, İqor Yakovenko, Firudin Əkbərov iştirak ediblər. Mütəxəssislər ölkədən beyin axınlarının olmaması üçün İT şirkətlərə tətbiq edilən vergi siyasətində daha cazibar şərtlərə keçmək, startapların gücləndirilməsi, əqli mülkiyyət və s məsələr üzərində təkliflərlə çıxış ediblər. Qərara alınıb ki, təkliflər ASK vasitəsilə dövlət-özəl dialoqu platforması çərçivəsində hökumətə təqdim edilsin.

Back To Top