skip to Main Content

Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Körfəz Ticarət Palatası arasında görüş keçirilib

Azərbaycan Sahibkarlar Konfederasiyası Ilə Körfəz Ticarət Palatası Arasında Görüş Keçirilib

Azərbaycan Sahibkarlar Konfederasiyasının Türkiyədə fəaliyyət göstərən Körfəz Ticarət Palatası ilə əməkdaşlığı çərçivəsində memarlıq, inşaat, sənaye, tikinti, inşaat materialları, taxta istehsalı, gəmiqayırma, mebel, polad konstruksiyası, elektrik və bu kimi sahələr üzrə 30 tanınmış şirkəti ilə azərbaycanlı iş adamları arasında görüş keçirilib. Görüşdə Türkiyənin Arısan Yapısal Çelik A.Ş, Çelikay İskele İnşaat Sanayi Ticaret Limited, Erkan Gül Atagül İnşaat və s. tanınmış şirkətlər təmsil olunublar. Virtual B2B görüşdə çıxış edən ASK-nın vitse-prezidenti Vüqar Abbasov iki qardaş ölkənin iqtisadi işbirliyinin vacibliyini vurğulamış, ölkənin qeyri-neft sektorunun inkişaf etməsində bu əlaqələrin müstəsna rol oynadığını bildirib. Türk texnologiyasının dünyada tanındığını vurğulayan V.Abbasov xüsusən də tikinti sektorunda əməkdaşlığın davam etməsinin perspektivlərinə toxunub.

Körfəz Ticarət Palatasının Prezidenti Recep Öztürk hər iki ölkə arasında keçirilən biznes forumların əhəmiyyətini qeyd edərək, dayanıqlı iş birliklərinin qurulması üçün öz təkliflərini səsləndirib.

Çıxışın sonunda Azərbaycan məhsullarının Türkiyədə təşviq olunmasına dair fikir mübadiləsi də aparılmışdır.

Back To Top