skip to Main Content

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev şəhid ailələri və qazilərin məşğulluğu ilə bağlı sahibkarlara müraciət etdi

Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti Məmməd Musayev şəhid Ailələri Və Qazilərin Məşğulluğu Ilə Bağlı Sahibkarlara Müraciət Etdi

Azərbaycan Sahibkarlar Konfederasiyası şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatı məqsədilə başlanan “Məşğulluq marafonu”nu yüksək qiymətləndirir.Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev qalib ölkənin sahibkarı olmaq qürurunu bizə bəxş edən Şəhid ailəsi üzvləri və Vətən müharibəsi qazilərinin işlə təminatına dəstək olmaq üçün bütün sahibkar və işəgötürənləri bu aksiyaya qoşulmağa dəvət edib:

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan marafona qoşulmaq istəyən sahibkarlar və işəgötürənlər bu məqsədlə vakansiyalarını dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla göndərə bilər.

Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!

Back To Top