skip to Main Content

Beynəlxalq Qlobal Rəqabət və İnnovativ İdarəetmə Konfransı keçirilib

Beynəlxalq Qlobal Rəqabət Və İnnovativ İdarəetmə Konfransı Keçirilib

Sentyabrın 16-19-da “Zoom” platforması üzərindən “Beynəlxalq Qlobal Rəqabət və İnnovativ İdarəetmə Konfransı III” (International Conference on Global Competition and Innovation Management) keçirilib. Tədbir İstanbul Universitetinin “İqtisad” bölümünün təşkilatçılığı ilə həyata keçirilib.

Konfransa Türkiyə və Şimali Kiprlə ilə yanaşı, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, ABŞ, Böyük Britaniya, İtaliya, Avstraliya, Yeni Zelandiya, Rusiya, Ukrayna, Rumuniya, Makedoniya, Hindistan, Banqladeş və digər ölkələrdən nümayəndə heyətlərinin – 300-dən çox iştirakçısı qatılıb.

Tədbirdə Azərbaycan nümayəndələri üçün “Dövlət və özəl sahibkarlıq subyektlərinin əməkdaşlığı” başlığında panel keçirilib. Panelin moderatoru Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) “Menecment Komissiyası”nın sədri Camid Mövsümov olub. Paneldə komissiyanın üzvləri Turan Özbahçeci “Azərbaycanda Fürsətlər”, Sakit Səmədov “Dünən və bu gün alınan dərslər, bizi gözləyən yeniliklər”, Zəfər Məmmədov “Pandemiya və pandemiyadan sonrakı dönəmdə inşaat sektoru” mövzuları ilə çıxış ediblər.

Tədbirin sonunda İstanbul Universiteti nümayəndələrinin təklifi ilə tədbirin növbəti il “Menecment Komissiyası”nın təşkilatçılığı altında Azərbaycanda keçirilməsi planlaşdırılmışdır. Həmçinin Türkiyə Cumhuriyyətinin “Əsrin İş Adamları” birliyi adlı təşkilatı ilə ASK “Menecment Komissiyası” və ASK üzvü olan “Gəncə İş Adamları Birliyi” arasında əməkdaşlıq münasibətlərinin qurulması da planlaşdırılmışdır.

Back To Top