- This event has passed.
Dövlət satınalmalarında iştirak proseduru
Noyabr 18, 2021 / 11:00 səhər - 12:00 axşam UTC+4
Hörmətli #Sahibkarlar!
Sizi #QlobalSahibkarlıqHəftəsi çərçivəsində Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı və Turan Legal and Tax Services şirkətinin dəstəyi ilə 18.11.2021-ci il tarixində #ZOOM platforması üzərindən onlayn formatda saat 11:00-da baş tutacaq “Dövlət satınalmalarında iştirak proseduru” mövzusunda #vebinar-da iştirak etməyə dəvət edirik.
Vebinarın müzakirə mövzuları aşağıdakılardır:
Dövlət əmlakının şəffaf və səmərəli istifadəsi üçün dövlət satınalmalarının vacibliyi və sahibkarlar üçün imkanlar
Dövlət satınalmalarında iştirak prosedurları
Dövlət satınalmalarında iştirak etmək üçün tələblər
Elektron satınalmalar və üstünlükləri
Dövlət satınalmalarının nəticələrinin rəsmiləşdirilməsi
Dövlət satınalmaları zamanı yol verilmiş qanun pozuntuları ilə bağlı şikayət proseduru
Tədbirdə iştirakla bağlı məlumatı yazılı şəkildə (Ad, Soyad, təmsil olunan şirkət) təqdim etməyinizi xahiş edirik.
Son qeydiyyat tarixi: 16.11.2021, saat 17:00
Əlaqələndiri şəxs: Zülfiyyə Vəliyeva
Tel: +994 51 229 97 22
E-mail: zvaliyeva@ask.org.az