skip to Main Content

Sahibkarlar üçün onlayn sərgi platformasının təqdimatı keçirili

Sahibkarlar üçün Onlayn Sərgi Platformasının Təqdimatı Keçirili

Dekabrın 6-da Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) ilə Polatlı Ticarət Palatası arasında onlayn görüş keçirilib. Görüşdə Polatlı Ticarət Palatası tərəfindən yaradılan onlayn sərgi platformasının sahibkarlar üçün təqdimatı keçirilib.

Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov platformanın hər iki ölkənin iqtisadiyyatı üçün uğurlu olacağını, xüsusən də Azərbaycan sahibkarları üçün məhsullarının tanıdılması, yeni bazarlara çıxmaq imkanı yaratdığını bildirib.

ASK Baş katibinin müavini Fuad Hümbətov, Azərbaycan və Türkiyə arasında mövcud ticarət dövriyyəsi və iqtisadi imkanlar haqqında məlumat verib və platformanın ASK üzvləri üçün faydalı olacağını vurğulayıb.

Polatlı Ticarət Palatasının Baş katibi İnanç Ölmez onlayn www.globalpiyasa.com sərgi platforması haqqında məlumat verib. O, bu platformanın 3 milyona qədər ziyarətçisinin olduğunu və 50 000 şirkəti özündə birləşdirdiyini diqqətə çatdırıb.

Onlayn sərgi platformasının B2B görüşlər və sərgi üzrə 7 dildə fəaliyyət göstərdiyini qeyd edib.

Məlumat üçün bildirək ki, 9 sentyabr 2021-ci il tarixində Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Polatlı Ticarət Palatası arasında iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, ASK və Polatlı TP-nın iştirakı ilə onlayn sərginin yaradılması, hər iki quruma üzv olan şirkətlər arasında əlaqələrin genişləndirilməsi, birgə layihələrin işlənilməsi və həyata keçirilməsi kimi məsələləri özündə əks etdirən Əməkdaşlıq Protokolu imzalanıb.

Qeyd olunan Protokola əsasən Polatlı TP tərəfindən onlayn sərgi platforması yaradılmış və Türkiyə Respublikası Ticarət Nazirliyi tərəfindən akkreditasiyadan keçmiş www.globalpiyasa.com səhifəsinə inteqrasiya edilmişdir.

Back To Top