skip to Main Content

Azərbaycan sahibkarları adından cənab prezident İlham Əliyevə təbrik ünvanı

Azərbaycan Sahibkarları Adından Cənab Prezident İlham Əliyevə Təbrik ünvanı

Azərbaycan  Respublikasının  Prezidenti,

Zati Aliləri cənab  İlham Əliyevə

Möhtərəm Cənab Prezident !

Ölkədə uğurla həyata kecirdiyiniz daxili və xarici siyasəti bəyənən, daim dəstəkləyən Аzərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Тəşkilatları Мilli Коnfederasiyası ölkə sahibkarlarının yekdil iradəsini ifadə edərək, Sizi 60 illik yubileyiniz münasibəti ilə səmimi qəlbdən təbrik edərək, Sizə doğma Аzərbaycanımızın inkişafı və tərəqqisi naminə fədakar əməyinizdə müvəffəqiyyətlər arzulayırıq.

Siz bu gün nəinki milyonlarla azərbaycanlının, eləcə də bütün türk dünyasının fəxr etdiyi görkəmli siyasi xadim kimi ötən 200 illik tariximizdə Azərbaycan torpaqlarını işğaldan azad edən ilk fateh dövlət başçısısınız.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 8-ci Zirvə Görüşündə Sizin haqqınızda səslənən fikirlər, habelə Türk Dünyasının Ali Ordeni ilə təltif edilməyiniz Azərbaycan xalqına və onun rəhbərinə verilmiş ən böyük dəyər kimi qiymətləndirilməlidir.

Sizin rəhbərliyiniz altında müəyyənləşdirilmiş iqtisadi strategiya ölkədə iqtisadi islahatların hüquqi bazasının təkmilləşdirilməsində, iş adamlarının hüquqi və qanuni mənafelərinin qorunmasında, koronavirus pandemiyası dövrünün çətinlikləri fonunda  sahibkarlığın inkişafında  mühüm rol oynayır.

Azərbaycan Prezidenti olduğunuz müddətdə, uğurla həyata keçirdiyiniz islahatlar nəticəsində ölkə iqtisadiyyatı bir neçə dəfə artmış, Azərbaycan iqtisadiyyatı bölgənin ən qüdrətli iqtisadiyyatına malik ölkəyə çevrilmiş,  nəticədə Azərbaycan xalqının, xüsusilə də şəhid ailələrinin və qazilərin sosial müdafiəsinin gücləndirilməsi  istiqamətində ciddi irəliləyişlərə nail olunmuşdur.

Möhtərəm   Cənab Prezident !

Azərbaycan sahibkarları son on səkkiz il ərzində ölkədə görülmüş işlərə yüksək qiymət  verərək, Sizi bir daha 60 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, müstəqil, demokratik Azərbaycanın daha da möhkəmlənməsi, xalqımızın xoşbəxt gələcəyi naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayırlar !

 

Hörmətlə,

coxminlik  Azərbaycan sahibkarları adından,

  Аzərbaycan Respublikası

Sahibkarlar (İşəgötürənlər) Тəşkilatları

Мilli Коnfederasiyasının  Prezidenti                                        Məmməd Musayev

                  24.12.2021

Back To Top