TESİAD ilə Azərbaycan Sahibkarlar Konfederasiyası arasında görüş keçirildi
Martın 11-də Türkiyənin TESİAD biznes təşkilatı ilə Azərbaycan Sahibkarlar Konfederasiyası arasında onlayn formatda görüş keçirilib.
Görüşdə biznes forum, B2B görüşlərin keçirilməsi və TESAM Akademiyası təcrübəsinin Azərbaycanda tətbiqi məsələləri müzakirə edilib.
Qarşıdakı aylarda keçiriləcək işgüzar tədbirlərin mövzuları üzrə təkliflər əsasında ilkin planlaşdırılma aparılıb. Eyni zamanda, B2B formatında keçiriləcək görüşlər üçün iqtisadi sahələrdə sektorlar üzrə seçim aparılıb. Onlayn görüşün nəticəsi olaraq birgə koordinasiya mərkəzi yaradılıb.