skip to Main Content

Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndəsi Nur-Sultan şəhərində 7-ci Biznes Forumda çıxış etdi

Azərbaycan Sahibkarlar Konfederasiyasının Nümayəndəsi Nur-Sultan şəhərində 7-ci Biznes Forumda çıxış Etdi

27 iyun 2022-ci il tarixində Qazaxıstan Respublikasının Nur-Sultan şəhərində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad tədbirləri üzrə Konfrans (CICA) təşkilatının İşçi Şurasının 5-ci Plenar sessiyası və 7-ci Biznes Forumu öz işinə başlayıb.  Tədbirdə Azərbaycan Sahibkarlar Konfederasiyasının Qazaxıstan üzrə nümayəndəsi Zakir Binnətli “Nəqliyyat dəhlizlərinin səmərəlilik və təhlükəsisliyinin  rəqəmsal sistemlərlə idarə olunması və elektron logistika” mövzusunda təqdimatla çıxış edib.

Məlumat üçün bildirmək istərdik ki, CICA 1992-ci ildə Qazaxıstanın təklifi ilə yaradılıb. Bu qurum, Asiya qitəsinin demək olar ki, bütün ölkələrini birləşdirən beynəlxalq platformadır. Məqsədi Asiya regionu ölkələrinin təhlükəsizliyi və stabilliyini qorumaq məqsədi fonunda onların qarşılıqlı münasibətləri və əməkdaşlığını inkişaf etdirməkdir.

Sözügedən tədbir, CICA-nın 30 illiyinə həsr olunub. Sessiyanın gündəliyinin əsas mövzularından biri Azərbaycanın bilavasitə iştirak etdiyi və əsas fiqurlarından biri olduğu Transxəzər, Şimal-Cənub, Şərq-Qərb və Zəngəzur nəqliyyat dəhlizlərinin müzakirəsinə həsr olunub.

Back To Top