skip to Main Content

KOBİA 5 illik yubileyini qeyd edir 

KOBİA 5 Illik Yubileyini Qeyd Edir 

Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2017-ci il tarixli Fərmanı ilə yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) 5 illik fəaliyyəti ilə bağlı tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi və ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Tədbirin açılış hissəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, İqtisadiyyat naziri Mikayıl Cabbarov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış ediblər.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışında Agentliyin 5 illik fəaliyyəti dövrü ərzində sahibkarlara göstərilmiş xidmətlər və dəstək tədbirləri, eləcə də 2023-cü ildə sahibkarlar üçün nəzərdə tutulan yeniliklər barədə məlumat verərək, ötən 5 ildə Agentliyin işinə göstərdiyi dəstəyə və sıx əməkdaşlığa görə müvafiq qurumlara təşəkkür edib.

Tədbir çərçivəsində Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2022-ci il tarixli Sərəncamı ilə ölkəmizin iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə təltif edilmiş şəxslərə “Tərəqqi” medalları təqdim olunub.

Qeyd edək ki, mükafatçıların siyahısında Azərbaycan Sahibkarlar Konfederasiyasının İdarə heyətinin üzvləri – Ruslan Quliyev, Rəşid Çulaqov, Hüseyn Böyükfırat da var.

Tədbirdə rəmzi məna daşıyan və dövlətin sahibkarlara daim dayaq və dəstək göstəricisi olan “Dayaq” mükafatının bir neçə nominasiya üzrə təqdimatı da baş tutub. Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev “KOB-ların şəbəkələşməsinə dəstək” nominasiyası üzrə “Caspian Energy Croup” MMC-yə mükafatı təqdim edib.

Back To Top