Konfederasiya rəsmilərinin Kənd Təsərrüfatı naziri ilə görüşü keçirildi
Sentyabrın 9-da Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, Konfederasiyanın Baş katibi Natəvan Məmmədova Azərbaycan Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov ilə görüşüblər.
Görüşdə əməkdaşlıq imkanları müzakirə edilib, Konfederasiyanın tərkibində fəaliyyət göstərən Aqrar İnkişaf Komissiyasının fəaliyyəti, onun tərkibinin daha da gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Eyni zamanda, bu il sentyabrın 26-da Bakıda keçiriləcək Türkdilli dövlətlərin kənd təsərrüfatı nazirlərinin görüşü, gələn il ölkəmizin ev sahibliyi edəcəyi İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Təşkilatının “Dayanıqlı Kənd Təsərrüfatı” konfransı, halal qida standartları ilə bağlı məsələlər müzakirə edilib.
O cümlədən, nazirin Konfederasiyanın üzvü olan kənd təsərrüfatı şirkətləri ilə görüşü barədə razılıq əldə edilib və dövlət-özəl dialoqunun ölkə iqtisadiyyatının inkişafındakı müsbət rolu vurğulanıb.