“Izmir Expo 2026”nın Baş direktor müavini Oya Aksay ilə ASK-da görüş keçirilib
Aprel ayının 3-də “Izmir Expo 2026” nın Baş direktor müavini Oya Aksay Azərbaycan Sahibkarlar Konfederasıyasını ziyarət edib. Görüşdə ASK-nın vitse-prezidneti Vüqar Zeynalov və rəyasət heyətinin üzvü Ruslan Quliyev iştirak etmişlər.
Görüşdə Türkiyədə təşkil olunan turizm sərgilərində ASK üzvlərinin iştirakı və sərgi təşkilatçıları ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması məsələləri müzakirə olunub.
Görüş çərçivəsində ASK-nın vitse prezidenti konfederasiyaın fəaliyyəti və üzvləri haqqında məlumat verib. O, Türkiyənin müxtəlif şəhərlərində hər il təşkil olunan beynəlxalq sərgilərin Azərbaycanın bazarı, xüsusi ilə ASK üzvləri üçün əhəmiyətli olduğunu İzmir Expo sərgisinin nümayəndəsinin diqqətinə çatdırıb.
Sayca 18-ci dəfə təşkil olunacaq “Izmir Expo 2026”, eləcə də Beynəlxalq Turizm Sərgisi və Konqresin iki ölkənin sənaye nümayəndələri və peşəkarları arasında əməkdaşlıq sahəsində bir körpü rolunu oynaya biləcəyini bildirən Oya Aksay sərginin iş birliyinin formalaşdırılması və əlaqələrin inkişafı baxımından geniş imkanlar təqdim etdiyini bildirib. O, sərgidə Azərbaycanın ixrac potensialının nümayişi, B2B formatlı görüşlərin təşkili və şəbəkələşmə baxımından əhəmiyyətli olduğunu qeyd edib. Sonda Oya Aksay ASK üzvlərini “Izmir Expo 2026” sərgisində iştirak etməyə dəvət edib.