Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib
28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü və Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib.
Konfransda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Abbasov və digər dövlət nümayəndələri çıxışlar etmiş ve panel müzakirələr aparılmışdır.
Tədbirdə əməyin mühafizəsi sahəsində müsbət təcrübəyə malik işəgötürənlər və əmək-sosial hüquqlar barədə ictimai maarifləndirməyə töhfə verən QHT-lər təltif ediliblər.
Avromed Naxçıvan MMC-nin filial müdiri Sabir İmanova Təşəkkürnamə Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Abbasov tərəfindən təqdim edilmişdir.