skip to Main Content

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni layihəsini sahibkarların müzakirəsinə çıxartdı

Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yeni Layihəsini Sahibkarların Müzakirəsinə çıxartdı

Məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin proaktiv qaydada ödənilməsi layihəsi sahibkarlara təqdim edilib.
Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkil etdiyi tədbirdə iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial sığorta və pensiya siyasəti şöbəsinin müdiri Elnur Abbasov və müdir müavini Emil Əliyev layihədə nəzərdə tutulan əsas yeniliklər barədə geniş məlumat veriblər.
Görüş böyük marağa səbəb olub və sahibkarlıq subyektlərini təmsil edən insan resursları üzrə mütəxəssislər və mühasiblər tərəfindən ciddi müzakirələr aparılıb.

Back To Top