Azərbaycan Sahibkarlar Konfederasiyası 1 iyun “Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibəti ilə uşaqlar arasında yazı müsabiqəsi elan edir
Azərbaycan Sahibkarlar Konfederasiyası 1 iyun “Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibəti ilə uşaqlar arasında yazı müsabiqəsi elan edir.
Müsabiqəyə təqdim edilməli olan yazının mövzusu aşağıdakı kimidir:
“Gələcəyin sahibkarı”
Müsabiqənin məqsədi:
Sahibkarlığın təbliği;
Erkən yaşlarda sahibkarlıq nədir anlayışının formalaşdırılması;
Uşaqları gələcəkdə sahibkar olmağa ruhlandırmaq;
Müsabiqənin şərtləri:
Müsabiqədə iştirak etmək istəyənlər 10-15 yaş arası olmalıdırlar;
Bir uşaq yalnız bir məqalə ilə müsabiqədə iştirak edə bilər;
Yazıya qarşı qoyulan tələblər:
Yazı “Arial” yazı şriftində, 12 punto ölçüsündə, A4 formatlı səhifədə yazılmalıdır;
Yazının həcmi 3000-6000 işarədən (boşluqlar nəzərə alınmadan) çox olmamalıdır;
Müraciət:
Hazırlanan yazılar 24 may 2024-cü il tarixinə qədər aşağıda göstərilənlərlə birlikdə nhasanova@ask.org.az elektron ünvanına, məktubun mövzusunda “MÜSABİQƏ” qeyd edilməklə göndərilməlidir:
Şəxsiyyət vəsiqəsinin surəti;
Oxuduğu məktəb və sinif;
Ev və ya mobil telefonu;
Müsabiqənin 1-ci, 2-ci, 3-cü yer qaliblərinə dəyərli hədiyyələr təqdim olunacaqdır.
Qeyd: Təqdim edilmiş yazılar şərtlərə uyğun olmadıqda müsabiqədə dəyərləndirilməyəcəkdir.
Müsabiqənin qalibləri 3 iyun 2024-cü il tarixində elan ediləcəkdir.
Əlaqələndirici şəxs: Nurlana Həsənova
Tel: +994 12 465 76 92 / 119
Mob:+994 51 229 97 25
E-mail: nhasanova@ask.org.az