İslam Ticarət və İnkişaf Palatasının prezidenti ilə görüş keçirildi
Əmman şəhərində keçirilən “Rəqəmsal iqtisadiyyatda investisiya forumu” çərçivəsində Azərbaycan Sahibkarlar Konfederasiyasının İordaniyada səfərdə olan nümayəndə heyəti İslam Ticarət və İnkişaf Palatasının, Al-Baraka banklar qrupunun prezidenti Abdullah Saleh Kamil ilə görüşüb.
Görüş təşkilatlar arasında əlaqələrin inkişafına həsr olunub. Həmçinin, Palataya üzv ölkələrdə aparılan təhlillər əsasında illik əsasda aktual mövzulara dair forumların keçirilməsi strategiyası ətrafında fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində qonaqlara bu ilin noyabrında Azərbaycanda keçiriləcək COP-29 tədbiri haqqında geniş məlumat verilib. İslam Ticarət və İnkişaf Palatasının COP-29-da iştirakı müzakirə edilib.