İslam Ticarət və İnkişaf Palatasının Direktorlar Şurasının 36-cı iclası keçirilib
Dünyanın 57-dək ölkəsindən rəqəmsal iqtisadiyyat liderləri və sahibkarlar öz dərin baxışları və innovativ ideyaları ilə İslam Ticarət və İnkişaf Palatasının Direktorlar Şurasının 36-cı iclasında bir araya gəliblər.
Mayın 27-də keçirilən İclasda ölkəmizi Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) nümayəndə heyəti təmsil edib.
İslam ölkələrinin biznes nümayəndələri müasir dünyanı xarakterizə edən tərəqqi və innovasiya şəraitində iqtisadi sektorları inkişaf etdirmək yollarını araşdırıblar.