Şuşada “NexGen: Sosial İnnovasiyalar” Forumu keçirilib
“Şuşa – İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024″ Beynəlxalq Proqramı çərçivəsində Şuşada “NexGen: Sosial İnnovasiyalar” Forumu keçirilib. Forumda Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası prezidentinin müşaviri Ziya Hacılı çıxış edib.
O bildirib ki, son 30 ildə Azərbaycan neft ixracı ilə tanınıb və inkişaf edib: “Dövlətin səyi nəticəsində sosial, sahibkarlıq, biznes sahəsində ciddi irəliləyiş əldə olunub. Yeni iş yerlərinin açılması bu sahənin inkişafına gətirib çıxarıb. Neft gəlirlərinin artması qeyri-neft sektorunun inkişafını da gündəmə gətirmişdi. Hazırda isə Azərbaycanın qeyri-neft sektoru yüksək səviyyədə inkişaf edir”.