skip to Main Content

ASK Qırğızıstan Ticarət və Sənaye Palatasının 65 illik yubileyini təbrik etdi

ASK Qırğızıstan Ticarət Və Sənaye Palatasının 65 Illik Yubileyini Təbrik Etdi

Bugün Qırğızıstanda bu ölkənin biznes təşkilatı olan Qırğızıstan Ticarət və Sənaye Palatasının 65 illik yubileyi qeyd edilib. Tədbirdə Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov iştirak edib.

O, tədbirdə çıxış edərək Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevin imzaladığı təbrik məktubunu oxuyub və ölkələrimiz arasında iqtisadi əməkdaşlığa toxunub.

Bildirib ki, Azərbaycan ilə Qırğızıstan arasında tarixi və mədəni köklərə əsaslanan qardaşlıq münasibətləri müxtəlif sahələrdə əməkdaşlığın inkişafına töhfə verir. V.Zeynalov ölkələrimiz arasında ticarət mübadiləsini artırmaq, birgə investisiya layihələrini həyata keçirmək, tərəfdaşlığı daha da gücləndirmək kimi məsələləri qeyd edib.

 

Back To Top