skip to Main Content

ASK prezidenti Məmməd Musayev Qazaxıstanda işgüzar səfərdə olub

ASK Prezidenti Məmməd Musayev Qazaxıstanda Işgüzar Səfərdə Olub

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev Qazaxıstana işgüzar səfəri çərçivəsində Qazaxıstan Ticarət və Sənaye Palatasında görüş keçirib.

Görüşdə hər iki ölkə arasında mövcud ticarət dövriyyəsinin artırılması imkanları, ölkə prezidentlərinin tapşırığına müvafiq olaraq ticarət həcminin bir milyard manata çatdırlması istimətində özəl sektorun birgə səyləri barədə geniş müzakirələr aparılıb.

Konfederasiya prezidenti Qazaxıstan Ticarət və Sənaye Palatasının sədri Batalov Raimbek Anvaroçivi Azərbaycanda keçiriləcək COP29 tədbirinə, eyni zamanda, bu il dekabrın 23-25-də baş tutacaq Türk Ticarət və Sənaye Palataları Birliyinin Baş Assambleyasının iclasına, həmçinin 2025-ci ilin aprelində olacaq dayanıqlı kənd təsərrüfatı forumuna dəvət edib.

Konfederasiya prezidenti səfər çərçivəsində eləcə də ölkəmizin Qazaxıstandakı səfirliyində görüş keçirib.

Back To Top