skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

Yerli şirkətlərlə transmilli şirkətlər arasında əlaqələr müzakirə olunub

Avqust 18, 2015 / 8:00 səhər - 5:00 axşam UTC+4

Beynəlxalq Əmək Təşkilatının  eksperti  John Bliekin  Bakıya rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında  olub. ASK-nın Baş katibi vəzifəsini müvəqqəti icra edən Mehman Mehmanovla birgə keçirilən görüşdə Beynəlxalq Əmək Təşkilatı ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında  gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.

Beynəlxalq Əmək Təşkilatının  eksperti John Bliek  bildirib ki, Beynəlxalq Əmək Təşkilatının Moskva ofisində 9 aydır ki, fəaliyyət göstərir. Bundan sonra çalışacaq ki, öz təcrübəsini üzv təşkilatlarla bölüşərək, bazar araşdırması aparmaqla təlim və tədbirlərin mövzusunu müəyyənləşdirsin.Ölkəmizə səfərinin məqsədi haqqında məlumat verən qonaq  bildirib ki, transmilli şirkətlərin fəaliyyəti , onların hökumət və yerli şirkətlərlə əməkdaşlığını müzakirə etməklə çalışacaq ki, gələcəkdə bu sahəyə öz tövhəsini versin.

Azərbaycan Sahibkarlar Konfederasiyasının fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verən   ASK-nın Baş katibi vəzifəsini müvəqqəti icra edən Mehman Mehmanov qeyd etdi ki, ölkəmizdə  transmilli şirkətlər öz işlərini istənilən standartlara uyğun quraraq fəaliyyət göstərirlər. Onların sayı kifayət qədər olsa da, lakin   transmilli şirkətlərlə yerli şirkətlər arasında əlaqalər hələ də  arzuolunan səviyyədə deyil. Transmilli şirkətlərlə yerli şirkətlər arasında əlaqalərin güclənməsinə ehtiyac olduğunu deyən M.Mehmanov bu sahədə Beynəlxalq Əmək Təşkilatının təcrübəsindən yararlanmaq niyyətində olduqlarını da bildirib.

Beynəlxalq Əmək Təşkilatının əməkdaşlıqdan məmnunluq ifadə olunan görüşdə daha faydalı əməkdaşlıq üçün məsləhətlər verilib.

John Bliek görüşə  görə təşəkkür etmiş, Azərbaycanın iqtisadi inkişafından məmnunluğunu bildirmiş,Beynəlxalq Əmək Təşkilatının  Azərbaycanla, xüsusilə də Azərbaycan Sahibkarlar Konfederasiyası ilə əməkdaşlığa önəm verdiyini, qarşılıqlı əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini dilə gətirib.

Details

Tarix:
Avqust 18, 2015
Time:
8:00 səhər - 5:00 axşam
Tədbir Category:
Back To Top