skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

Xocalı faciəsinin 26-ci ildönümü ilə əlaqədar ASK-da anım mərasimi keçirilib.

Fevral 26, 2018 / 8:00 səhər - 5:00 axşam UTC+4

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse prezidenti Vüqar Zeynalov bildirib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli hadisələrdən biri kimi daxil olub. Vüqar Zeynalov qeyd edib ki, XX əsrin faciəsi olan Xocalı soyqırımı da həmin cinayətkar erməni siyasətinin nəticəsidir. Bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri hesab olunur.İnsanlıq tarixi 100 illər boyunca neçə dəfə can itkisinə şahidlik edib.

Tədbirdə qeyd olunub ki, 106-sı qadın, 63-ü uşaq,70 qoca olmaqla 613 nəfər Azərbaycan türkü işgəncələrlə qətlə yetirilib. Qadın, uşaq, kişi demədən Xocalıda yaşayan sivil əhalinin kütləvi qətli, 487 nəfərin yaralandığı və 1275 nəfərin girov götürüldüyü, 150 nəfərin itkin düşdüyü bu vəhşilik şahidlərinin zehnindən hələ də getmir.
Çıxışçılar deyiblər ki, cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri erməni daşnaklarının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə – Xocalı soyqırımına beynəlxalq siyasi-hüquqi qiymət verilməlidir.
Daha sonra Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Details

Tarix:
Fevral 26, 2018
Time:
8:00 səhər - 5:00 axşam
Tədbir Category:
Back To Top