- This event has passed.
ASK-da 36 iştirakçıya sertifikatlar təqdim olunub
Fevral 23, 2018 / 8:00 səhər - 5:00 axşam UTC+4
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Auditorlar Palatası ilə birgə təşkilatçılığı ilə ASK-da keçirilən “Maliyyə hesabatlarının hazırlanmasında beynəlxalq və milli standartların tətbiqinin təmin edilməsi” adlı növbəti təlim keçirilib. Təlimin sonunda iştirakçılara sertifikatlar tədqim edilib.
Təlimin keçirilməsində məqsəd demokratik cəmiyyətin mühüm amili kimi qiymətləndirilən şəffaflığın artırılması və hesabatlılığın yüksək səviyyədə qurulması, korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi, yeni hesabatvermə formalarının tətbiqi, maliyyə hesabatlılığı sahəsində qabaqcıl təcrübənin tətbiqi və bu sahədə sahibkarlara öz töhfələrini verməkdən ibarətdir.