skip to Main Content

Tirana Ticarət Palatası qarşılıqlı əməkdaşlıqda maraqlıdır

Tirana Ticarət Palatası Qarşılıqlı əməkdaşlıqda Maraqlıdır

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevin Albaniya Respublikasına səfəri çərçivəsində Albaniya Respublikasının Tirana Ticarət Palatasının sədri Nikolin Jaka ilə görüşü keçirilib. Görüşdə iki ölkənin özəl sektoru arasında iqtisadi sahədə  mövcud vəziyyəti, ticarət əlaqələrinin, investisiya  imkanlarının və gələcək əməkdaşlığının inkişaf perspektivləri  müzakirə edilib.

Görüş zamanı Azərbaycan iqtisadiyyatı, xüsusilə də özəl sektor   haqqında ətraflı məlumat verən ASK-nın prezidenti Məmməd Musayev son vaxtlar ölkəmizdə yaradılan əlverişli biznes və investisiya mühitindən, bu sahəyə olan dövlət qayğısından söhbət açıb. M.Musayev  albaniyalı  iş adamlarını  da azərbaycanlı həmkarları ilə fəal əməkdaşlığa dəvət edib.

Görüşdə Tirana Ticarət Palatasının SədriNikolin Jaka bildirib ki, Azərbaycanla iqtisadi  əlaqələrin, xüsusilə də aqrar sahənin inkişafına xüsusi önəm verirlər. İki ölkənin iş adamları arasında əməkdaşlığın genişlənməsində  maraqlı olduqlarını qeyd edən Nikolin Jaka daha sonra rəhbərlik etdiyi Tirana Ticarət Palatası haqqında da geniş məlumat verib. Bildirib ki, 1897-ci ildə yaradılmış və Albaniya Respublikası sahibkarlarının 70% -dən çox hissəsini  üzv kimi təmsil edən Tirana Ticarət Palatası iqtisadiyyatın bütün sahələrində fəaliyyət göstərən iş adamlarına xidmət göstərir. Əsas fəlaiyyət istiqamətləri – sənaye, aqrar sahə və turizm  olduğunu qeyd edən palata sədri Azərbaycan Sahibkarlar Konfederasiyası ilə də əməkdaşlığın daha geniş müstəvidə qurulmasında  maraqlı olduqlarını dilə gətirib.

Görüşün sonunda Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Tirana Ticarət Palatası arasında  gələcək əməkdalıq əlaqələrinin qurulmasına dair razılığa gəlinib.  Yaxın gələcəkdə hər iki təşkilat arasında  Əməkdalıq üzrə Anlaşma Memerondumunun imzalanması nəzərdə tutulur.

Qeyd edək ki, səfər çərçivəsində ASK-nın prezidenti Məmməd Musayev Albaniyanın bir sıra istehsal müəssisələrində olub.

 

Back To Top