Əmlak Məsələləri Dövlət Komitəsi ilə Azərbaycan Sahibkarlar Konfederasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən 15 fevral 2017-ci il tarixində “Özəlləşdirmə sahəsinə investisiyalar: yeni imkanlar və çağırışlar” mövzusunda İşgüzar Forum keçirilmişdir.
Forumda Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi ilə yanaşı, İqtisadiyyat Nazirliyi, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun nümayəndələri, habelə, ölkənin ən iri və nüfuzlu holdinq, assosiasiya, bank, şirkətlər qrupu və ittifaqlarını təmsil edən 100-dən artıq sahibkarlıq subyekti, məsləhətçi və iş adamları iştirak etmişdir.
Forumun əsas məqsədi ölkədə fəaliyyət göstərən sahibkarıq subyektlərini dövlət əmlakının özəlləşdirilməsi prosesinin gedişi, bu sahədəki yeni yanaşmalar, innovasiyaların tətbiqi, özəlləşdirməyə yeni açılmış müəssisə və sahələr, şəffaflığın artırılması ilə bağlı görülən təbliğat və maarifləndirmə tədbirləri barədə məlumatlandırmaq olmuşdur. Forumun daha bir məqsədi ölkədəki əlverişli investisiya mühitindən yararlanaraq, sahibkarların bu prosesdə iştirakının genişləndirilməsi ilə bağlı praktiki addımların atılması olmuşdur.
İşgüzar forum özəlləşdirmə prosesini əhatə edən qısa filmin nümayişi ilə başlamışdır. Filmdə dövlət əmlakının özəlləşdirilməsi prosesinə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə start verilməsi, bu günədək əldə olunmuş nailiyyətlər, özəlləşdirildikdən sonra uğurla fəaliyyət göstərən çoxsaylı istehsal müəssisələrindən video görüntülər, ölkə başçısı cənab İlham Əliyevin özəlləşdirmənin sürətləndirilməsi ilə bağlı son dövrlərdə imzaladığı fərman və sərəncamların icrası ilə əlaqədar görülən işləri əhatə edən kadrlar, əhalinin hərrac və müsabiqələrdə sərbəst iştirakını əks etdirən materiallar, sahibkarlar üçün maraq kəsb edən digər məlumatlar yer almışdır.
Forumu giriş nitqi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov açaraq, qeyd etmişdirki, Azərbaycandadövlətəmlakınıngeniş şəkildə özəlləşdirilməsi prosesinə Ümummilli Liderimizin rəhbərliyi ilə başlanılmış və ötəndövrərzində busahədə bir çoxuğurvə nailiyyətlərəldə olunmuşdur. Belə ki, dövlət əmlakının özəlləşdirilməsi nəticəsində sahibkarlıq sektorunda 300 mindən artıq iş yeri yaradılmış, 250 mindən çox şəxs səhm sahibi olmuş, ümumilikdə 1,2 milyondan artıq vətəndaşımız bu və ya digər formada özəlləşdirmədən faydalanmışdır. ABŞ, Böyük Britaniya, Fransa, İsveçrə, Türkiyə, Almaniya, Rusiya, Çin, Finlyandiya və digər dövlətlərin investorları özəlləşdirmədə iştirak etmişlər. Orta müddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq dövlət müəssisələrinin siyahısı müəyyənləşdirilmiş, onların tabeliyindəki qeyri-profil, habelə həmin siyahıya daxil olmayan dövlət müəssisə və obyektləri özəlləşdirməyə açılmışdır. Hazırda komitə tərəfindən həmin müəssisələrin özəlləşdirməyə hazırlanması istiqamətində tədbirlərə başlanılmış və yaxın aylarda onların satışa çıxarılması barədə elanlar kütləvi informasiya vasitələrində veriləcəkdir.
Forumda İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov çıxış edərək, sahibkarlığıninkişafında özəlləşdirmə prosesinin xüsusi rolunu, yeniiş yerlərininaçılması, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının əhəmiyyətli hissəsinin özəlləşdirilən müəssisələrin payına düşdüyünü qeyd etdi.
Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevdə öz növbəsində sahibkarları özəlləşdirmədə iştirakla bağlı fəallığı artırmağa dəvət etmiş, investisiya yatırımları üçün daşınmaz əmlak bazarında hazırda münbit şəraitin hökm sürdüyünü, bu səbəbdən hərrac və müsabiqələrdə iştirakı məqsədəuyğun hesab etmişdi.
Daha sonra çıxış edən AZPROMO-nun prezidenti Rüfət Məmmədov isə ölkədəki əlverişli investisiya mühiti, dövlət tərəfindən iş adamları üçün yaradılmış imkanlarvə investisiya fəaliyyətinin təşviqi barədə sahibkarlara məlumatlar çatdırıb.
İşgüzar Forum çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında yerli sahibkarların özəlləşdirmədə iştirakının dəstəklənməsi, birgə konfrans və forumların, habelə özəlləşdirilən müəssisələrə infoturların təşkilini əhatə edən əməkdaşlıq haqqında memorandum imzalanmışdır.
Tədbirin nəticəsi olaraq, Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası bu kimi forumların müntəzəm olaraq, o cümlədən respublikanın regionlarında da təşkil olunmasını qərarlaşdırmış, bu yolla sahibkarların özəlləşdirmə prosesində fəallığının artırılmasına nail olunması mümkünlüyünü ifadə etmişlər. Sahibkarların maraq göstərəcəyi layihələrlə bağlı praktiki konkret addımların atılması üçün komitə tərəfindən əlaqələndirici struktur bölmələri müəyyən olunaraq, onların rəhbərləri sahibkarlara təqdim edilmişdir.