skip to Main Content

“Texnoloji inkişafın əmək bazarına və məşğulluğa təsiri” mövzusunda dəyirmi masa təşkil olunub

“Texnoloji Inkişafın əmək Bazarına Və Məşğulluğa Təsiri” Mövzusunda Dəyirmi Masa Təşkil Olunub

27 mart 2017-ci il tarixində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında  “Texnoloji inkişafın əmək bazarına və məşğulluğa təsiri”mövzusunda dəyirmi masa təşkil olunub.

Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse prezidenti Vüqar Zeynalovun moderatorluğu ilə keçirilən tədbirdə ölkəmizdə  biznes ictimaiyyətinin əmək bazarında mövcud vəziyyət, biznes ictimaiyyətinin və texnoloji inkişafın əmək bazarına  təsiri, demoqrafiya, əmək miqrasiyası kimi mövzularda müzakirələr aparılıb.

Tədbirdə sosial tərəfdaşların (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ), aidiyyəti dövlət qurumlarının nümayəndələri və sahibkarlar iştirak ediblər.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq siyasəti və demoqrafiya  şöbəsinin müdiri Elnur Süleymanovun, Azərbaycan Sahibkarlar Konfederasiyasının      Əmək münasibətləri, hüquq, kadr, işlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri  Xəqan Hümmətzadənin təqdimatları iştirakçılar tərəfindən maraqla qarşılanıb.

     Qeyd olunub ki, bu tədbir Beynəlxalq Əmək Təşkilatının “Əməyin gələcəyi” təşəbbüsünə uyğun olaraq milli dialoq çərçivəsində  təşkil olunub.  2015-ci ilin 1 iyun tarixində Cenevrə şəhərində keçirilmiş Beynəlxalq Əmək Konfransının 104-cü sessiyasında Beynəlxalq Əmək Təşkilatının (BƏT) baş direktoru tərəfindən irəli sürülmüşdür. Bu təşəbbüs əməyin gələcəyi ilə bağlı aktual məsələlərin, o cümlədən dünyada sosial ədalətin təmin olunmasının həlli yollarının qlobal və milli formatlarda müzakirə edilməsini nəzərdə tutur. Müzakirələrdə sosial tərəfdaşların, elm-təhsil ictimaiyyətinin və digər maraqlı tərəflərin fəal iştirakı təşviq olunur.

Tədbirin sonunda iştiraçıları maraqlandıran suallar cavablandırılıb.

 

Back To Top