skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

“Azərbaycan mühasiblər forumu – 2017” keçirilib

Aprel 10, 2017 / 8:00 səhər - 5:00 axşam UTC+4

8 aprel 2017-ci ildə  Şamaxı şəhərindəki AR Vergilər Nazirliyinin Tədris Mərkəzində Azərbaycanda ilk dəfə “I Milli Mühasiblər Forumu” keçirilmişdir. Forum Azərbaycan Respublikası Vergilər Nazirliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Respublikası Auditorlar Palatası, İqtisadi Resursların Öyrənilməsi İB, İqtisadi Araşdırmalar və Tədris Mərkəzi, Gənc Mühasiblər Birliyi və  SİNAM şirkətinin birgə təşkilatçılığı ilə baş tutmuşdur.

4 bölmədən ibarət olan forumun “Mühasibat uçotu sahəsində hüquqi baza və yeni çağırışlar” bölməsində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin “Kommersiya təşkilatları üçün təklif olunan yeni hesablar planının və maliyyə hesabatı formalarının müasir tendensiyası – Mühasibat uçotu haqqında qanunda zəruri dəyişikliklər”,  “Accounting&Financial Advisory” firmasının “Kiçik və orta şirkətlərdə mühasibatlığın mövcud problemləri və onların həlli yolları”,  İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin “Büdcədən maliyyələşən təşkilatlarda uçot və hesabatla bağlı mövcud əngəllər və onların aradan qaldırılması yolları” mövzusunda təqdimatları dinlənilib.

Forumda  Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi Firuzə Abdullayeva, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası vitse-prezidenti Vüqar Zeynalov, Azərbaycan Respublikası Vergilər Nazirliyinin nümayəndəsi Mirəli Kazımov, Azərbaycan Auditorlar Palatası sədrinin müşaviri Nəcəf  Talıbov, SİNAM şirkətinin  direktoru Əbülfət Rəhmanov çıxışlarında “I Milli Mühasiblər Forumu”nun  Mühasibatlığın inkişafındakı əhəmiyyətindən, mövcud problemlərin həllinin tapılmasında, qanun­vericiliyin təkmilləşməsində böyük rol oynayacağını söyləmişdilər.

Forumun ikinci bölümündə mühasibatlıq sahəsində təhsil və sertifikasiya məsələləri müzakirə olunub. “Mühasibat uçotunun sertifikasiyası üzrə qabaqcıl təcrübənin Azərbaycanda tətbiqi məsələləri”, “Mühasibat uçotunun tədrisinin təkmilləşdirilməsində dövlətin rolu”, “Ali təhsil müəssisələrində mühasibatlıq üzrə tədrisin metodikası və təhsilin əyani vəsaitlərlə təmini problemləri” və “Özəl peşəkar təlimin uçotun inkişafında rolu” mövzularında çıxışlar forum iştirakçılarına təqdim olunub.

Forumun “Vergi islahatlarının uçota təsiri” bölümündə “2017-ci ildə Azərbaycan Respublikasının vergi məcəlləsində  əlavə və dəyişikliklərin təqdimatı” və “Vergi qanunvericiliyindəki son dəyişikliklərin uçotda əks etdirilməsi yolları” mövzusunda məruzələrtəqdim olunub. Bildirilib ki, Vergi Məcəlləsinə həm həcm, həm də mahiyyət baxımından ciddi dəyişikliklər edilib. Son dəyişikliklərin əsas məqsədivə hədəfi kiçik və orta biznesin inkişafına daha əlverişli şəraitinyaradılması, vergi orqanları və sahibkarlıq subyektləri arasındaqarşılıqlı etimadın səviyyəsinin yüksəldilməsi, nağdsız əməliyyatların həcminin artırılması, pul dövriyyəsinin tənzimlənməsi, bankların likvidliyinin və bilavasitə vergi mühitinin cəlbediciliyinin artırılması yolu ilə iqtisadiyyata investisiya qoyuluşlarının təşviq edilməsi, ixracın stimullaşdırılması, dürüst və şəffaf uçotun qurulmasıdır. Uçot sisteminin şəffaflaşdırılması ilə bağlı Vergi Məcəlləsinə edilən dəyişikliklər iqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydalarının müəyyən edilməsi, malların alqı-satqı prosesində hərəkət zənciri  boyu sənədləşmənin aparılması, vergidən yayınma hallarının qarşısının alınması məsələlərini əhatə edir.

Forumun son bölümündə “Mühasibatlıqda İKT : Milli və beynəlxalq proqramların qarşılıqlı əlaqəsi” mövzusu müzakirə edilib və “Azərbaycanda mühasibatlığın təşkilində İKT-nin rolu və qarşıda duran problemlər” və “Milli proqramların təqdimatı” forum iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirdə II Milli Mühasiblər Forumunun təşkilat komitəsi də qurularaq 14 nəfər üzv seçilmişdir.

Tədbirin sonunda  Ruslan Atakişiyev və Radil Fətullayevin aparıcılığı ilə Mühasibat uçotu üzrə Respublika I Breyn-rinqi keçirilmişdir. Breyn-rinqdə “HAYKS” komandası qalib gəlmişdir.

Sonra Forum qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam etdirilib.

 

Details

Tarix:
Aprel 10, 2017
Time:
8:00 səhər - 5:00 axşam
Tədbir Category:
Back To Top