skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

Səfirin müavini: Azərbaycanda Özbəkistan avtomobillərinin satış səviyyəsindən razıyıq.

Aprel 11, 2017 / 8:00 səhər - 5:00 axşam UTC+4

“Azərbaycanda Özbəkistan avtomobillərinin satış səviyyəsindən razıyıq. Prezidentimiz ölkədə iqtisadi fəallığın artması ilə əlaqədar Azərbaycanla əməkdaşlığı genişləndirmək istəyir”. Bu fikirləri Özbəkistan Respublikasının AR-dəki Fövqəlaqdə və Səlahiyyətli Səfirinin müavini, müşaviri Cahongir Aminov  Azərbaycan Sahibkarlar və İşəgötürənlər Konfederasiyasında keçirdiyi görüşdə səsləndirdi. ASK-nın vitse-prezidenti Vüqar Zeynalov Azərbaycan şirkətlərinin, xüsusən də tikinti-inşaat, tikinti materialları istehsal edən şirkətlərin  Özbəkistandakı “sosial ev” layihəsində iştirakında maraqlı olduqlarını qeyd etdi.

Özbəkistan Respublikasının AR-dəki Fövqəlaqdə və Səlahiyyətli Səfirinin müavini, müşavir  Cahongir Aminov  ölkəsinin tekstil sənayesinin yüksək səviyyədə inkişaf etdiyini və hər il büdcəyə 2 milyard valyuta gətirdiyini dedi. Onun sözlərinə görə, Azərbaycan daha çox Türkiyə və İrandan tekstil mallarını idxal edir. Bu sahədə alternativ ölkələrdən biri də Özbəkistan ola bilər.

Görüş müzakirələrlə davm etdi və sonda müşavir Azərbaycan sahibkarlarını bu il aprelin 27-28-də Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək “Meyvə-tərəvəz məhsullarının ixracının genişləndirilməsi və rəqabətin inkişaf etdirilməsi” mövzusunda biznes-foruma dəvət etdi.

 

Details

Tarix:
Aprel 11, 2017
Time:
8:00 səhər - 5:00 axşam
Tədbir Category:
Back To Top