- This event has passed.
Azərbaycan Sahibkarlar Konfederasiyası “2017 İpək Yolu Biznes Sammiti” və İpək Yolu beynəlxalq həftəsi”ndə təmsil olunub
Sentyabr 11, 2017 / 8:00 səhər - 5:00 axşam UTC+4
8-9 sentyabr tarixlərində Çin Xalq Respublikasının Syan şəhərində növbəti İpək Yolu Biznes Sammiti və İpək Yolu Beynəlxalq həftəsi keçirilib. Adı çəkilən tədbirlər İpək Yolu Beynəlxalq Ticarət Palatası, Beynəlxalq Ticarət üzrə Çin Komitəsi, Şiansi əyalətinin Administrasiyası, Çin Beynəlxalq Ticarət Palatası və Syan şəhərinin Administrasiyası tərəfindən birgə təşkil olunub.
Çin Xalq Respublikasının Şanxi Əyalətinin paytaxt şəhəri olan və qədim İpək yolunun başlanğıc nöqtəsi sayılan Syan şəhərində toplaşan “Bir Kəmər, Bir Yol” təşəbbüsünün iştirakçısı olan ölkələrdən 600-dək hökumət nümayəndələri, eləcə də beynəlxalq biznes icmasının, beynəlxalq maliyyə institutlarının, diplomatik nümayəndəliklərin təmsilçiləri İpək Yolu üzərində azad iqtisadi, biznes və ticarətin gücləndirilməsi, özəl sektorun və biznesə dəstək təşkilatlarının bu prosesə fəal cəlb olunması istiqamətində birgə müzakirələr aparıb.
Azərbaycan Sahibkarlar Konfederasiyası xarici tərəfdaşlarla, xüsusilə beynəlxalq əhəmiyyətli İpək Yolu üzərində yerləşən ölkələrlə işgüzar əməkdaşlığın genişləndirməsinə böyük əhəmiyyət verir. Bu ilki sammitdə Konfederasiyanı Beynəlxalq əlaqələr və layihələr şöbəsinin müdiri Təranə Məmmədova təmsil edib. Qeyd edək ki, Azərbaycan Sahibkarlar Konfederasiyası İpək Yolu Beynəlxalq Ticarət Palatasına qoşulan ilk təşkilatlardan biridir. Ötən il keçirilən ilk sammit zamanı ASK-nın prezidenti Məmməd Musayev Palata sədrinin müavini seçilmişdi.