skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

Sahibkarlar üçün əməyin mühafizəsi mövzusunda təlim-seminar keçirilib

Noyabr 21, 2017 / 8:00 səhər - 5:00 axşam UTC+4

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı, Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə Bakıda keçirilən “Əməyin mühafizəsi sahəsində işəgötürənlərin rolu” adlı 2 günlük təlim-seminara yekun vurulub, iştirakçılara sertifikat verilib.

Təlim-seminarın mövzusu əməyin mühafizəsi və təhlükəsiz əmək şəratinin yaradılmasında işəgötürənlərin rolu və onların əmək müfəttişləri ilə bu sahədə əməkdaşlığıdır. Təlimçi qismində BƏT-in Əməyin mühafizəsi sahəsində eksperti Valentin Mokanu çıxış edib. Tədbirin məqsədi sahibkarlıq subyektlərinin əməyin mühafizəsi sahəsində bilik və bacarıqlarının artırılması və yaxşı təcrübələrin öyrənilməsidir.

Təlim-seminarı giriş sözü ilə açan Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti bildirib ki, tələlimin məqsədi sahibkarlıq subyektlərinin əməyin mühafizəsi sahəsində bilik və bacarıqlarının artırılması və yaxşı təcrübələrin öyrənilməsidir. Vüqar Zeynalov onu da qeyd edib ki, bu sahəyə maraq çox böyükdür: “Hökumət əməyin mühafizəsi ilə bağlı çox böyük işlər görür. Amma bu təlimlərə marağın böyük olması onu göstərir ki, biz hələ də maarifləndirmə işlərini davam etdirməliyik”.

Beynəlxalq Əmək Təşkilatının işəgötürənlərin fəaliyyəti üzrə baş mütəxəssisi Vladimir Kuroviç isə bildirib ki, bir sıra ölkələrdə əmək müfəttişliklərinin fəaliyyətinin qənaətbəxş deyil. “Özbəkistanda uşaq əməyinin istifadəsi ilə bağlı problemlər yaranmışdı. BƏT bu ölkədə çalışmağa başladı. Fəaliyyətin ilk vaxtlarında onlar bunu etiraf etmədilər, amma sonra həqiqəti qəbul etdilər. Sonradan bu sahədə xeyli irəliləyişə nail olduq. BƏT beynəlxalq polis deyil. Biz sadəcə insanların rifahına xidmət edəcək işlə məşğuluq”.

Təlimçi qismində çıxış edən  Beynəlxalq Əmək Təşkilatının Əməyin mühafizəsi sahəsində eksperti Valentin Mokanu isə deyib ki, keçmiş SSRİ ölkələrində əmək müfəttişliyi cəzaverici orqan kimi qəbul edilir: “Düşünürəm ki, müasir əmək müfəttişliyi kimya sənayesi və ekologiya sahəsində də müəyyən yoxlamalar aparmaq səlahiyyətinə sahib olmalıdırlar”.

Qeyd edək ki, təlim-seminarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları da iştirak ediblər.

Təlim zamanı iştirakçıları maraqlandıran sualları Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları, Beynəlxalq Əmək Təşkilatının və ASK-nın rəsmi şəxsləri  cavablandırıblar.

 

Details

Tarix:
Noyabr 21, 2017
Time:
8:00 səhər - 5:00 axşam
Tədbir Category:
Back To Top