- This event has passed.
Doğu Anadolu İxracatçılar Birliyinin üzvləri tikinti sahəsində əməkdaşlıq təklif edir
Dekabr 11, 2017 / 8:00 səhər - 5:00 axşam UTC+4
Doğu Anadolu İxracatçılar Birliyinin üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında olublar.
Görüşdə Azərbaycan Sahibkarlar Konfederasiyasının Baş Katibi əvəzi Kristina Məmmədova Konfederasiya haqqında ətraflı məlumat verərək, daha sonra ölkəmizdə yaradılan əlverişli investisiya mühiti barədə söhbət açıb.
Doğu Anadolu İxracatçılar Birliyinin idarə heyətinin üzvü Ethem Tanrıver bildirib ki, 17 ildir fəaliyyət göstərən, hal-hazırda 3.2 milyard ixracat dövriyyəsi olan Doğu Anadolu İxracatçılar Birliyinin 3500 üzvü var. Doğu Anadolu İxracatçılar Birliyinin əsas məqsədi üzv təşkilatların istehsal etdiyi məhsulları mövcud bazarlarda tanıtmaq, onların ixracat potensiallarını artırmaqdır. Nümayəndə heyətinin ölkəmizdə səfərinin əsas məqsədi tikinti sahəsində ciddi bazar araşdırmaları aparmaq, birgə əməkdaşlıq üçün müxtəlif şirkətlərlə görüşməkdir.
Görüş daha sonra nümayəndə heyətinin təqdimatı və maraq duğuran sualları cavablandırmaqla davam edib.