skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

ASK-da sahibkarlığın inkişafına mane olan məsələlərlə bağlı tədbir keçirildi

Oktyabr 28, 2016 / 8:00 səhər - 5:00 axşam UTC+4

 2016-cı il oktyabrın 28-də Azərbaycan Sahibkarlar Konfederasiyasında   İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi və  Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) ABŞ BİA-nın maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində “Sahibkarlığın inkişafına mane olan bəzi problemlər və onların həlli yolları” mövzusunda dəyirmi masa keçirilib. Müzakirədə dövlət qurumlarının nümayəndələri, sahibkarlar, müstəqil ekspertlər və yerli QHT-lərin təmsilçiləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehtiyev tədbir iştirakçılarına “Kiçik sahibkarlığın inkişafına dəstək” layihəsinin icra edildiyi 4 il ərzində ölkədə kiçik sahibkarların üzləşdiyi problemlərin araşdırılması və bunların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər barədə qısa məlumat verdi.Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası adından tədbir iştirakçılarını salamlayan təşkilatın vitse-prezidenti Vüqar Zeynalov müzakirəyə çıxarılan məsələlərin sahibkarlar üçün əhəmiyyətindən danışdı. Ölkədə sahibkarların üzləşdiyi problemlərin aşkarlanması və bunların aradan qaldırılması üçün layihə çərçivəsində çox maraqlı fəaliyyətlərin həyata keçirildiyini deyən V. Zeynalov bu fəaliyyətin davam edəcəyinə ümid bəslədiyini  bildirdi.

“Təqsirsizlik prezumpsiyanın pozulması sahibkarların iştirak etdikləri məhkəmə proseslərinə və onların biznesinə necə təsir edir?” mövzusunda təqdimatla çıxış edən hüquqşünas-ekspert Abil Bayramov qeyd etdi ki, bir sıra hallarda kütləvi informasiya vasitələrində yaylan məlumatlar təqsirsizlik prezumpsiyası prinsipini pozur və sahibkarlıq subyektlərinin işgüzar nüfuzuna ziyan vurur. Təqsirsizlik prezumpsiyasının pozulması sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə münasibətdə, işgüzar nüfuzun ləkələnməsi isə sahibkarlıq subyekti olan hüquqi şəxslərə münasibətdə  ortaya çıxır. Pozuntu hallarına həm jurnalistlərin özlərinin hazırladıqları materiallarda, həm də müxtəlif qurumlar tərəfindən verilən və olduğu kimi yayımlanan məlumatlarda rast gəlinir.

Ekspert vurğuladı ki, sahibkarlıq subyektlərinin qeyd olunan pozuntulardan qorunması üçün zəruri hüquqi mexanizmlər mövcuddur. Belə ki, mövcud qanunvericiliyə əsasən, sahibkarlıq subyekti onun işgüzar nüfuzunu ləkələyən  məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər. Əgər sahibkarlıq subyektinin işgüzar nüfuzunu ləkələyən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir.İşgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış sahibkarlıq subyektinin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Təəssüf ki, təcrübədə sahibkarlıq subyektləri qeyd olunan hüquqi imkandan yetərincə yararlanmırlar.

Müzakirələr maraqlı sual cavabla davam etdirildi.

 

Details

Tarix:
Oktyabr 28, 2016
Time:
8:00 səhər - 5:00 axşam
Tədbir Category:
Back To Top