- This event has passed.
Üçtərəfli Komissiyanın yaradılması barədə səmərəli sənəd imzalanıb
Oktyabr 3, 2016 / 8:00 səhər - 5:00 axşam UTC+4
Azərbaycan Hökuməti ilə Beynəlxalq Əmək Təşkilatı arasında əməkdaşlıq çərçivəsində “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın qəbul edilməsi və Azərbaycan Respublikasında Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın yaradılması ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Beynəlxalq Əmək Təşkilatının (BƏT), BMT İnkişaf Proqramının, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK), aidiyyəti hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri iştirak edib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tədbiri giriş sözü ilə açaraq Layiqli Əmək üzrə yeni Ölkə Proqramının qəbul olunmasının ölkəmizin sosial-iqtisadi həyatında mühüm hadisə olduğunu qeyd edib. Nazir Azərbaycan Prezidenti cənab İlham Əliyevin hər bir vətəndaşın sosial firavanlığının təminatına xidmət edən siyasətinin ölkədə layiqli əməyin təminatı sahəsində də mühüm addımların atılmasına şərait yaratdığını vurğulayıb.
Tədbirdə sosial partnyorlar tərəfindən Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın Əsasnamə layihəsinin hazırlanaraq, aidiyyəti qurumların rəy və təklifləri əsasında təkmilləşdirildiyini qeyd olunub, onun artıq həm sosial partnyorlar, həm də dövlət strukturları ilə razılaşdırıldığı bildirilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev yeni qəbul edilən Layiqli Əmək üzrə Ölkə Proqramının hazırlanması işlərində sosial tərəfdaşlarla birgə Konfederasiya tərəfindən görülən işlər barədə məlumat verib. Səttar Mehbalıyev bu sənədin müvafiq sahədə qabaqcıl dünya təcrübəsi əsasında təkmil formada hazırlandığını və layiqli əməyin təmin edilməsi sahəsində növbəti irəliləyişlərə zəmin yaratdığını, sosial tərəfdaşlarla səmərəli əməkdaşlıq mühitinin formalaşdırılmasına yönəldiyini vurğulayıb. O, Proqramın uğurla icra edilməsi üçün sosial tərəfdaşların gələcək fəaliyyətlərinin də məqsədyönlü olacağına əminliyini ifadə edib.
Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti MəmmədMusayeviqtisadiyyatıninkişafı, əməyinməhsuldarlığınınartırılması baxımındandalayiqli əməkamilinin əhəmiyyətiniqeydedib. O, “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nda əhatə olunan prioritetlərin uğurla yerinə yetirilməsi üçün sosial tərəfdaşlıq çərçivəsində öz töhfələrini vermək, yaradılan Sоsial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın fəaliyyətində daim fəal iştirak etmək əzmində olduqlarını vurğulayıb.
Beynəlxalq ƏməkTəşkilatının Avropavə MərkəziAsiya üzrə regionaldirektoruHayntsKöler ölkəmizinBƏT-lə əməkdaşlığınınyeni Ölkə Proqramınınqəbulolunması, Sоsialvə İqtisadiMəsələlər üzrə ÜçtərəfliKomissiyanıntəsisedilməsiilə yenibirinkişafmərhələsinə daxilolduğunubildirib. H.Köler ölkəmizdə sosial-iqtisadi inkişaf proseslərinin, əmək və sosial müdafiə, sosial partnyorluq sahəsində əldə olunmuş müsbət təcrübənin yeni Ölkə Proqramının uğurlu icrasına, Üçtərəfli Komissiyanın səmərəli fəaliyyətinə imkan yaradacağını, bu proseslərdə BƏT-in həmişə müvafiq dəstəyi verəcəyini qeyd edib.
Daha sonra Azərbaycan Hökuməti ilə Beynəlxalq Əmək Təşkilatı arasında əməkdaşlıq çərçivəsində “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” və Azərbaycan Respublikasında Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın yaradılması barədə birgə sənəd imzalanıb. Eyni zamanda Komissiyanın Əsasnaməsi təsdiq edilib və Komissiyanın üzvləri seçilib.