- This event has passed.
ASK əməkdaşları Alper Çoşkunla vidalaşdılar
Sentyabr 30, 2016 / 8:00 səhər - 5:00 axşam UTC+4
Türkiyə Respublikasının Azərbaycandakı Fövqaladə və Səlahiyyətli səfiri cənab Alper Çoşkunun Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında vida mərasimi keçirilib.
Görüş zamanı Azərbaycan və Türkiyə arasında bütün sahələrdə əlaqələrin daha da genişləndirilməsini vurğulayan Məmməd Musayev iqtisadi sahədə mövcud əməkdaşlığı da xüsusilə yüksək qiymətləndirib. Qeyd olunub ki, bugünədək qardaş ölkə ilə əlaqələrin təşkilində və inkişafında qardaş ölkənin Azərbaycanda fəaliyyət göstərən səfirlərinin xüsusi rolu var. O, azərbaycanlı iş adamlarının mütamadi olaraq Türkiyədə təşkil edilən sərgilərə, konfranslara dəvət almasında səfirliyin rolunun danılmaz olduğunu da istisna etməyib.
Səfir Alper Coşqun Azərbaycanda diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsi zamanı iki ölkənin iş adamları arasında əməkdaşlıq əlaqələrinin qurulmasında göstərilən dəstəyə görə təşəkkürünü bildirib. 4 il ölkəmizdə fəaliyyət göstərən səfir bildirib ki, bu müddət ərzində vəzifəsini icra etməklə yanaşı, qəlbində Azərbaycana böyük hörmət və məhəbbət hissi formalaşıb.
Daha sonra Məmməd Musayev səfir Alper Çoşquna iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına verdiyi töhfəsinə görə minnətdarlığını ifadə edib və ona gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Görüş zamanı diplomatik fəaliyyəti başa çatan Alper Çoşkun Azərbaycan və Türkiyə Respublikası arasında uğurlu əlaqələrin, iş adamlarının qarşılıqlı əməkdaşlığına əsaslanan biznes münasibətlərinin təşkili və inkişafındakı xidmətlərinə görə Azərbaycan Sahibkarlar Konfederasiyasının Fəxri fərmanı ilə təltif edilibvə hədiyyə verilib.
Səfir Alper Coşqun diqqət və qayğıya görə təşəkkürünü bildirib.