Sahibkarliğin Dayanıqlı İnkişafi Proqramına start verildi
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında “Sahibkarlığın dayanıqlı inkişafı layihəsi” çərçivəsində ilk silsilə tədbirlərdən olan Maarifləndirici Təlim və Seminar Proqramına start verildi.
12 avqust 2016-cı il tarixdə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında sözügedən layihə çərçivəsində keçirilən ilk təlimdə “ İnsan Resursları” mövzusu ölkənin aparıcı qida, distribusiya, özəl klinika, aqrar və s. şirkət əməkdaşların iştirakı ilə təhlil edildi.
Təlimçi Təhminə Dəmirova insan resurslarının idarə edilməsi, mahiyyəti və prinsipləri, işə qəbul sisteminin qurulması, kadr sənədlərinin mövcud qanunvericiliyinin tələblərinə uyğun hazırlanması, motivasiya anlayışı və onun şirkətdə tətbiqi və s. bağlı geniş məlumat verdi.
Qeyd edək ki, bir müddət əvvəl “ASK Business Consulting MMC” proqram çərçivəsində sahibkarların ehtiyacı olan təlim mövzuları ilə bağlı sorğu təşkil etmişdir. Nəticələrə əsasən , ilk 5-liyə daxil olan mövzular -İnsan Resursları, Marketinq və Satış, Xərclərin optimalaşdırılması, Layihə İdarəetmə və Gömrük – müəyyən olunmuşdur. Sözügedən mövzularla bağlı ASK Business Consulting MMC qısa zamanda ölkənin aparıcı ekspert və təlimçi komandasını formalaşdıraraq, sahibkarlara maraqlı təlim və təcrübi seminar (work shop) proqramlarını hazırmışdır.
Sahibkarların maariflənrilməsi məqsədi ilə təşkil olunacaq tədbirlərin yeni mövsümdən etibarən daha da geniş və kompleks şəkildə təşkil edilməsi nəzərdə tutulur.