Azərbaycan-Türkiyə iş adamları ilə işgüzar görüş
Hörmətli sahibkarlar!
Bildiririk ki, Gümüşhane Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə 13 oktyabr 2017-ci il tarixində, saat 10:00-14:00-a qədər Pullman otelində (M.Müşviq küç 1) “Business to Business” (B2B) proqramı çərçivəsində qida sektoru üzrə Azərbaycan-Türkiyə iş adamları ilə işgüzar görüş keçiriləcəkdir.
Sizi sözügedən görüşdə iştiraka dəvət edirik.
Tədbirdə iştirak edəcəyiniz təqdirdə Azərbaycan Sahibkarlar Konfederasiyasına məlumat verməyiniz və daha sonra anket formasını (anket formasını ASK-na müraciət etməklə əldə edə bilərsiniz) doldurmağınız mütləqdir. Son müraciət tarixi: 09.10.2017
Əlaqələndirici şəxs: Nurlana Həsənova
Tel: 012 465 72 42/43
E-mail: nhasanova@ask.org.az