Azərbaycan-Belarus işgüzar görüşü
Hörmətli sahibkarlar!
Məlumat üçün bildiririk ki, 7 dekabr 2017-ci il tarixində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Belarus işgüzar görüşü keçiriləcəkdir.
Tədbirdə Belarus Respublikasının Qrodno vilayətindən iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən şirkətlərin iştirakı nəzərdə tutulur. Tədbirin 7 dekabr tarixində saat 14:00-dan etibarən Bakı Biznes Mərkəzində (ünvan: Bakı şəhəri, Neftçilər prospekti 32) keçiriləcəyini diqqətinizə çatdırır və Sizi qeyd olunan görüşdə iştiraka dəvət edirik.
Tədbirdə şirkətinizi təmsil edəcək şəxslə bağlı məlumatı bizə bildirmənizi xahiş edirik.
Əlaqələndirici şəxs: Valeh Mirzəyev
Tel: 012 598 01 47/48
012 437 11 42 (daxili: 108; 123; 119)
E-mail: vmirzayev@azpromo.az