skip to Main Content

Beynəlxalq Sağlamlıq və Turizm Konqresi keçiriləcəkdir

Beynəlxalq Sağlamlıq Və Turizm Konqresi Keçiriləcəkdir

Hörmətli sahibkarlar!

Məlumat üçün bildiririk ki, 2-3 mart 2018-ci il tarixlərində Hindistanın Banqalor şəhərində İndia Medi Turun (İMT) təşkilatçılığı ilə Beynəlxalq Sağlamlıq və Turizm Konqresikeçiriləcəkdir.

Konqresin keçirilməsində əsas məqsəd hal-hazırda sağlamlıq turizmi sektorunda mövcud olan ən son yenilikləri diqqətə çatdırmaq, eyni zamanda bu sektorun liderləri ilə qarşılıqlı ünsiyyət və əməkdaşlıq qurmağa imkan yaratmaqdır. Bu beynəlxalq tədbir tibb müəssisələri, xəstəxanalar, sağlamlıq turizmi şirkətləri, sığorta şirkətləri, tibbi texnologiya istehsalçıları, əczaçılıq şirkətləri, tibb təhsili müəssisələrinin  nümayəndələrini bir araya gətirəcəkdir.

Tədbirdə iştirak üçün Azərbaycandan seçilən nümayəndələrin səfər xərcləri təşkilatçılar tərəfindən qarşılanacaqdır.

Sizi sözügedən sərgidə iştiraka dəvət edirik.

Tədbirdə iştirak edəcəyiniz təqdirdə, 7 fevral 2018-ci il tarixinə qədər Azərbaycan Sahibkarlar Konfederasiyasına məlumat verməniz mütləqdir.

Daha ətraflı məlumat üçün göstərilən keçidə  http://ihtc.in  daxil ola bilərsiniz.

Əlaqələndirici şəxs: Nurlana Həsənova

Tel: 012 465 72 42/43

E-mail: nhasanova@ask.org.az

 

Back To Top