- This event has passed.
“İslam Dünyasında İnvestisiya İmkanları” mövzusunda Qadın İş adamlarının 9-cu Forumu təşkil olunur
Aprel 23, 2016 / 8:00 səhər - 5:00 axşam UTC+4
İslam Ticarət, Sənaye və Kənd təsərrüfatı Palatası Səudiyyə Palatalar Birliyi ilə birgə “İslam Dünyasında İnvestisiya İmkanları” mövzusunda Qadın İş adamlarının 9-cu Forumunutəşkil edir. Tədbir 25 may 2016-cı il tarixində Səudiyyə Ərəbistanı Krallığında , Ər Riyadda yerləşən Səudiyyə Palatalar Birliyinin binasında keçiriləcəkdir. Forum İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin 15-ci Ticarət Sərgisi ilə eyni zamanda keçiriləcəkdir. Forumun məqsədi İslam Ölkələrində investisiya imkanlarını araşdırmaq üçün davamlı vasitələrin yaradılmasında strukturların rolunu artırmaqdır.
Açılış mərasimində İslam dünyasının aparıcı xadimləri çıxış edəcək, ardınca aşağıda qeyd olunan mövzularla bağlı müzakirələr aparacaqlar:
- İslam ölkələrində özəl sektorlar vasitəsilə investisiya imkanlarının genişləndirilməsində strukturların rolu
- İslam ölkələrində qadınların iqtisadi gücünün artırılması və investisiya imkanları
Bununla yanaşı, Forum çərçivəsində müxtəlif sektorlardan olan qadın iş adamları arasında B2B (ikitərəfli) görüşlər də keçiriləcəkdir.
Bu mühüm tədbirdə Sizin təşkilatınızın da iştirak etməsini istərdik. Həmçinin bu məlumatı, B2B görüşlər və viza ilə bağlı anket formalarını müvafiq Qadın İş adamları Təşkilatları, Komitə və Assosiasiyaları ilə paylaşmağınızı xahiş edirik.
Nəzərinizə çatdırmaq istərdik ki, Səudiyyə Palatalar Birliyi viza məsələsində iştirakçılara yardımçı olacaqdır. Bu baxımdan, maraqlanan iştirakçılardan pasportlarının nüsxəsini və doldurulmuş viza formasını 23 aprel tarixinədək Azərbaycan Sahibkarlar Konfederasiyasına göndərmələri xahiş olunur. Pasportların ən az 6 ay etibarlılıq müddəti olmalıdır.
Əlaqələndirici şəxs: Nurlana Həsənova
Tel: (012) 465 72 43
E-mail: nhasanova@ask.org.az