- This event has passed.
Tehranda ərzaq məhsulları sahəsi üzrə Biznes Forum keçiriləcək
İyul 23, 2016 / 8:00 səhər - İyul 24, 2016 / 5:00 axşam UTC+4
Məlumat üçün bildiririk ki, 23-24 iyul 2016-cı il tarixlərində Tehranda ərzaq məhsulları, içkilər, şirniyyatlar, meyvə-tərəvəz və quru meyvə sahələri üzrə fəaliyyət göstərən aparıcı biznesmenlər, sahibkarlar və şirkət rəhbərlərinin iştirakı ilə Biznes Forum keçiriləcəkdir.
Qeyd edək ki, dəvət olunan şəxslərin 2 gecə və 3 gün ərzində İranda dörd ulduzlu oteldə qalması, sığortalanması, səhər yeməyi, tərcüməçi və bələdçi xidmətlərindən və daxili nəqliyyatdan istifadə etməsi (hava limanı və sərgi mərkəzi istiqamətlərində) ilə bağlı xərclər tədbir təşkilatçıları tərəfindən ödəniləcəkdir.
Sizi sözügedən Biznes Forumda iştiraka dəvət edirik. Tədbirdə iştirak edəcəyiniz təqdirdə 19 iyul 2016-cı il tarixinə qədər Azərbaycan Sahibkarlar Konfederasiyasına məlumat verməniz xahiş olunur.
Əlaqələndirici şəxs: Nurlana Həsənova
Tel: 012 465 72 42/43
E-mail: nhasanova@ask.org.az