skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

Kənd Təsərrüfatı sahəsində Azərbaycan-Türkiyə Biznes forumu

Fevral 23, 2017 / 9:30 səhər - 5:00 axşam UTC+4

Türkiyə və Azərbaycan  Kənd  Təsərrüfatı Nazirlikləri, Türkiyənin DEİK təşkilatının və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının  təşkilatçılığı  ilə  23  fevral  2017-ci il tarixdə  saat 9.30 -da “Boulvard Hotel Baku” otelində Kənd Təsərrüfatı sahəsində Azərbaycan-Türkiyə  Biznes  forumu  keçiriləcəkdir.

Tədbirdə  Azərbaycan Respublikası  Kənd  Təsərrüfatı  naziri  Heydər  Əsədov, Türkiyə Kənd Təsərrüfatı  naziri  Faruk  Çelik, DEİK təşkilatının rəhbəri  Selçuk  Akat  və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının  prezidenti  Məmməd  Musayev  iştirak  edəcəkdir.

Biznes–forumda Türkiyə Respublikasından kənd  təsərrüfatının  müxtəlif  sahələri  üzrə  150 nəfər  sahibkarın  iştirakı nəzərdə  tutulmuşdur. Tədbirin əsas  məqsədi hər iki ölkə arasında  kənd  təsərrüfatı sahəsində investisiya imkanları,   sahibkarlar  arasında  biznes, partnyorluq əlaqələrinin qurulması və daha da genişləndirilməsindən ibarətdir. Tədbirdə iştirak edəcək sahibkarlar və biznes-forumun gündəliyi barədə sizə əlavə məlumat veriləcəkdir.

Sizi  sözügedən   Biznes-forumda iştirak etməyə  dəvət  edirik. İştirakınız  barədə  ASK-ya  məlumat  verməyiniz  xahiş olunur.

Əlaqələndirici şəxs :  Rauf  Əliyev

          E-mail: raliyev@ask.org.az

Tel: 012 465 72 43; Mob: 070 290 99 11

 

Details

Tarix:
Fevral 23, 2017
Time:
9:30 səhər - 5:00 axşam
Tədbir Category:
Back To Top