- This event has passed.
“Əməyin mühafizəsi sahəsində işəgötürənlərin rolu” adlı təlim-seminar keçiriləcəkdir.
Noyabr 21, 2017 / 8:00 səhər - Noyabr 22, 2017 / 5:00 axşam UTC+4
21-22 noyabr 2017-ci il tarixlərində Beynəlxalq Əmək Təşkilatının dəstəyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə “Əməyin mühafizəsi sahəsində işəgötürənlərin rolu” adlı təlim-seminar keçiriləcəkdir. Təlim əməyin mühafizəsi və təhlükəsiz əmək şəratinin yaradılmasında işəgötürənlərin rolu və onların əmək müfəttişləri ilə bu sahədə əməkdaşlığı mövzusunda olacaqdır. Təlimin məqsədi sahibkarlıq subyektlərinin əməyin mühafizəsi sahəsində bilik və bacarıqlarının artırılması və yaxşı təcrübələrin öyrənilməsidir. Təlimdə müəssisələrin insan resurları şöbəsinin və əməyin mühafizəsi xidmətinin mütəxəssislərinin iştirakı məqsədəuyğundur.
Təlimçi qismində Beynəlxalq Əmək Təşkilatının Əməyin mühafizəsi sahəsində eksperti Valentin Mokanu çıxış edəcəkdir.
Tədbirdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları da sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.
Tədbirdə iştirak üçün qeyd olunan https://ask10.typeform.com/to/f77oM8linkdə qeydiyyatdan keçməyiniz mütləqdir. İştirakçı sayı məhduddur.
Son qeydiyyat tarixi: 15.11.2017
Sizi sözügedən tədbirdə iştirak etməyə dəvət edirik.
Tarix: 21-22 noyabr 2017-ci il, saat 09.30
Yer: Bakı şəhəri, “Hyatt Regency” hoteli, Şuşa zalı
Əlaqələndirici şəxs:
Elmira Balıyeva Əli Hüseynov
Tel: 465 72 42, 465 72 43 Tel: 465 72 42, 465 72 43
Email: Ebalıyeva@ask.org.az