skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

Rəqəmsal marketinq mövzusunda dörd günlük təlim seminar keçiriləcək

Aprel 4, 2018 / 8:00 səhər - 5:00 axşam UTC+4

Rəqəmsallaşma, 17-18 aprel və 22-23 may tarixlərində Bakı şəhərində Rəqəmsal marketinq  mövzusunda dörd günlük təlim seminar keçiriləcək. Seminar marketinq anlayışından onlayn bazarda uğurla rəqabətə qədər, marketinqin nə olduğunu və müştərilərə onlayn olaraq necə çatmağın yollarını əhatə edəcək.

Kurs, marketinqin nə olduğunu və praktikada necə işlədiyini, onlayn biliklərin necə alındığını, eləcə də bu bilikləri öz rəqəmsal sahənizdə veb-saytlar, sosial şəbəkələr və elektron poçt vasitəsilə necə tətbiq etməyi öyrədir. Əgər siz qadın sahibkarsınızsa və biznesinizi inkişaf etdirib yeni imkanların artırılması niyyətindəsinizsə, bizim seminar tam sizin üçündür. Bu təlim kursu biznesinizin xidmətlərini və ya məhsullarını onlayn  mühitdə uğurla satmağa kömək edəcəkdir. Dörd günlük seminar zamanı siz aşağıdakıları öyrənəcəksiniz:

∙        Hər hansı bir onlayn marketinq fəaliyyətinə  əsas kimi marketinq anlayışı

∙        Marketinqin müxtəlif aspektləri və  biznesinizin hansı aspektləri veb iştirakınızın faydalana bilər?

∙        Onlayn marketinq konsepsiyası, onun  müxtəlif aspektləri və mövcud onlayn marketinq alətləri

∙        Sosial media nədir və sizin biznesiniz  üçün faydası nə ola bilər

∙        Müxtəlif biznes növləri üçün ən uyğun  sosial media həlləri

∙        Müxtəlif veb-sayt texnologiyalarının  variantları, üstünlükləri və çatışmazlıqları

∙        Veb saytınızı necə tanıtmaq olar?

∙        Biznesiniz üçün onlayn marketinq planı  və / və ya onlayn marketinq strategiyasını hazırlayın

Kurs, qadın sahibkarlar üçün nəzərdə tutulmuşdur. Kurs hər biri 2 gündən ibarət olan iki təlim sessiyasına bölünmüşdür. Bu sizin ilk sessiyada öyrəndiklərinizi sınamaq və ikinci sessiyaya artıq bir nəticə ilə gəlməniz, həmçinin  uzun müddət biznesinizdən uzaqlaşmamanız üçün düşünülüb. Birinci seans ümumi marketin və onun əhəmiyyəti, eləcə də, rəqamsallaşmanı əhatə edirsə, ikinci tamamlayıcı sessiya sosial şəbəkə marketinqi və veb-sayt marketinqi kimi praktiki rəqəmsal marketinqin üsulları üzərində fokuslanacaq.

Kurs, rəqəmsal marketinq sahəsində geniş miqyaslı ekspert biliklərinə və ən yaxşı beynəlxalq təcrübələrə əsaslanır. Kurs, interaktivdir və praktiki məşqlər və real həyat nümunələrini özündə əks etdirir. Təlimçilər, rəqəmsal marketinqin faydasını görmüş təcrübəli marketinq ekspertlərdir.

Təlim, müvəffəqiyyətlə bir şirkətə rəhbərlik etmək, şirkətin böyüməsi üçün lazım olanları bilən və praktiki təcrübələrinə görə seçilmiş İlkin Qarayev və Süleyman Əliyev tərəfindən Azərbaycan və Rus dillərində keçiriləcəkdir. Təlim kursunda iştirak haqqı 210 manat təşkil edir.

Əlavə sorğular və qeydiyyatdan keçmək üçün mustafan@ebrd.com ünvanına e-mail göndərin və ya 0503765814 nömrəsinə zəng vurun.

 

Details

Tarix:
Aprel 4, 2018
Time:
8:00 səhər - 5:00 axşam
Tədbir Category:
Back To Top