- This event has passed.
8-11 sentyabr 2017-ci il tarixlərində İtaliyanın Bolonya şəhərində 28-ci Beynəlxalq Orqanik və Təbii məhsullar sərgisi keçiriləcəkdir
Sentyabr 8, 2017 / 8:00 səhər - Sentyabr 11, 2017 / 5:00 axşam UTC+4
Hörmətli sahibkarlar!
Bildiririk ki, 8-11 sentyabr 2017-ci il tarixlərində İtaliyanın Bolonya şəhərində 28-ci Beynəlxalq Orqanik və Təbii məhsullar sərgisi keçiriləcəkdir.
Sərgidə Azərbaycan şirkətləri Azərbaycan Milli Stendində məhsullarını nümayiş etdirə biləcəklər.
Sözügedən sərgidə iştirak üçün əsas tələb, nümayiş etdiriləcək qida və içki məhsullarının beynəlxalq və ya regional standartlar çərçivəsində orqanik sertifikatının olmasıdır. Orqanik kosmetik vasitələr, eləcə də eko-turizmlə bağlı məhsullar üçün xüsusi məhdudiyyət yoxdur.
Sərgidəki Azərbaycan Pavilyonunda iştirak xərclərinin bir hissəsi qarşılanacaqdır. Buraya stenddə iştirak, viza dəstəyi, Azərbaycandan olan nümayəndə heyətinin koordinasiyası, stenddə xarici dili bilən Azərbaycanlı heyətin iştirakı, ikitərəfli görüşlər daxildir. İştirakçı şirkətlər əsasən bilet və otel xərclərini qarşılamalı olacaqlar.
İştirak etməkdə maraqlı olan, lakin nümayəndələrini göndərə bilməyən şirkətlər öz məhsullarını və məlumat kitabçalarını göndərəcəkləri təqdirdə onlar da sərgidə təmsil olunacaqlar.
Sözügedən sərgidə iştirak edəcəyiniz təqdirdə ASK-ya məlumat verməniz mütləqdir. Son müraciət tarixi: 01.08.2017
Əlaqələndirici şəxs: Nurlana Həsənova
Tel: (012) 465 72 42/43
E-mail: nhasanova@ask.org.az