skip to Main Content

Zakir Nuriyev

Azərbaycan Banklar Assosiasiyasının prezidenti, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti

Nuriyev Zakir Əlibala oğlu 02 oktyabr 1960-cı il Kürdəmir rayonunun Cəyli kəndində anadan olmuşdur.
Orta məktəbi bitirdikdən sonra 1977-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu” fakultəsinə daxil olmuş və 1981-ci ildə “İqtisadçı” ixtisası üzrə tam kursu bitirmişdir.
Əmək fəaliyyətini 1981-ci ildən Azərbaycan Respublikası Rabitə Nazirliyində, “Nəzarət-Təftiş” İdarəsində aparıcı mühasib kimi başlamışdır.
1981-1983-cü illərdə Hərbi xidmətdə olmuşdur. Hərbi xidməti  başa vurduqdan sonra 1983-cü ilin iyul ayından etibarən 1989-cu ilin yanvar ayınadək, Azərbaycan Respublikası Rabitə Nazirliyinin “Nəzarət-Təftiş” İdarəsində mühasib-revizor, Baş təftişçi və Baş mühasibin müavini kimi fəaliyyət göstərmişdir. 1989-cu ildən AR Rabitə Nazirliyinin “Rayon Rabitəsi” İstehsalat Birliyinə “Nəzarət və mühasibat uçotu” şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir.
1993-1998-ci illərdə “Rabitəbank” SKB-nın İdarə Heyətinin Sədri vəzifəsində çalışmışdır və 1998-ci ildən hal-hazıradək “Rabitəbank” ASC-nin Müşahidə Şurasının Sədri vəzifəsində çalışır.
1996-cı ildə “Azərbaycan Banklar Assosiasiyası”nın Prezidenti vəzifəsinə seçilmiş və 2006-cı ilə qədər həmin vəzifədə çalışmışdır. 2006-cı ildən 2015-ci ilədək “Azərbaycan Banklar Assosiasiyası”nın Rəyasət Heyətinin üzvü olmuşdur. 2015-ci ildən yenidən “Azərbaycan Banklar Assosiasiyası”nın Prezidenti vəzifəsinə seçilmişdir.

Ailə vəziyyəti : Evlidir, 3 övladı var.

 

Back To Top